77°33′44″ c. e. 161°11′28″ ş. u.HGYO

Don-Juan gölü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Don-Juan gölü
ing. Don Juan Lake
Ümumi məlumatlar
Mütləq hündürlüyü 151 m
Eni 100 m
Uzunluğu
  • 300 m
Sahəsi 0,03 km²
Həcmi 3.000 m³
Dərin yeri 0,1 m
Orta dərinliyi 0,1 m
Duzluluğu 338 ‰
Yerləşməsi
77°33′44″ c. e. 161°11′28″ ş. u.HGYO
Ölkə  Antarktida
Region
Vilayət
Don-Juan gölü xəritədə
Don-Juan gölü
Don-Juan gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Don Juan gölü (lat. Don Juan) — Antarktidanın Viktoriya Torpağı, Rayt vadisində yerləşən kiçik göl. Dünyanın ən duzlu gölü statusuna namizəddir.

Göl 1961-ci ildə helikopter pilotları Don Ro (Don Roe) və Con Hiki (John Hickey) tərəfindən aşkarlanmışdır. Göldə onların şərəfinə adlandırılmışdır. Kəşf zamanı havada -30 °C olmasına baxmayaraq göl donmamışdır. 1977-ci ildə gölün sahəsi 0,25 km² təşkil edirdi. Gölün sahəsi 1995-ci ildə isə 0,03 km², dərinliyi isə 0,1 metrə qədər azalmışdır. Qrunt sularınln səthə çıxdığı yer olaraq düşünülür. Quru və sərt iqlimdə yerləşməsi və güçlü küləklər gölə böyük təsir göstərir. Don-Juan gölü ətrafda -53 °C şaxta olduğu zaman belə donmur. −51,8 °C temperaturada suyun tərkibi 413 q/l CaCl və 29q/l NaCl təşkil edir.

Duzluluq 40,2 % təşkil edir. Halbuki Ölü dənizdə suyun duzluğu 33,8 %.[1] təşkil edir.

Don-Juan gölünün araşdırılması nəticəsində suyun güclü azotlaşmaya məruz qaldığı müəyyənləşmişdir. Göldə heç bir canlı aşkarlanmamışdır. Bu tip göllər Marsda belə aşkarlana bilər.

  1. "Don Juan Pond and Lake Vanda Photo Gallery by Suze at pbase.com". 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-04.