35°48′38″ şm. e. 76°34′05″ ş. u.HGYO

Broud-Pik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Broud-Pik
Ümumi məlumatlar
Mütləq hündürlüyü 8.051 m
Nisbi hündürlüyü 1.701 m
Yerləşməsi
35°48′38″ şm. e. 76°34′05″ ş. u.HGYO
Ölkə
Broud-Pik xəritədə
Broud-Pik
Broud-Pik
Broud-Pik xəritədə
Broud-Pik
Broud-Pik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Broud-Pik (urdu بروڈ پیک [1]) — Pakistan ilə Çinin sərhəddində yerləşən, Himalayda dağ. Dəniz səviyyəsindən 8,047 metr (26,401 ft) hündürlüyü ilə dünyanın ən hündür 12-ci dağıdır.

İlk dəfə 1957-ci ilin iyun ayında Fritz Vintersteller, Markus Schmak, Kurt Diemberqer və Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən fəth edilmişdir.

Broud-Pik, PakistanÇin sərhədindəki Baltistan regionundakı Gaşerbrum massivinin bir hissəsidir.[2] Dağ Karakoram dağ silsiləsində, Çoqoridən təxminən 8 kilometr (5.0 mil) yuxarıda yerləşir. 1.5 kilometr (0.93 mil) uzunluğunda bir zirvəyə sahib olduğu üçün ingilizcə "enli, geniş zirvə" mənasını verən "Broad Peak" ifadəsi ilə adlandırılmışdır.[3]

Dağın beş zirvəsi var: Broud-Pik (8051 m), Qayalı zirvə (8028 m), Mərkəzi Broud-Pik (8011 m), Şimali Broud-Pik (7490 m) və Xarut Kangri (6942 m).  

"Geniş zirvə" ifadəsinin hərfi tərcüməsi olan Falchan Kangri Balti xalqı arasında istifadə edilmir.[4] İngiliscə adı İngilis tədqiqatçı Martin Konvey tərəfindən 1892-ci ildə təqdim edilmişdir.[5]

Boroud-Pikə ilk yüksəliş 8-9 iyun 1957-ci ildə Fritz Vintersteller, MarKus Schmak, Kurt Diemberqer və Markus Schmakın başçılıq etdiyi Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən edildi. Komanda tərəfindən ilk cəhd mayın 29-da edildi. Fritz Vintersteller və Kurt Diemberqer 8,030 metr (26,350 ft) hündürlüyə çatdı. Bu əlavə oksigen, bələdçi və ya baza düşərgəsi dəstəyi olmadan həyata keçirildi.[4]

2007-ci ilin iyul ayında bir Avstriya alpinist komandası Broad zirvəsinə qalxdı və bir il əvvəl dağda vəfat etmiş Markus Kronthalerin cəsədini 8000 metrdən yuxarıda tapdı.[6][7]

2009-cu ilin qış və yaz aylarında zirvə fəthi qeydə alınmadı. Bu dövrdə sadəcə Polşa-Kanada komandası tərəfindən bir qış ekspedisiyası təşkil edildi və yaz aylarında Kristina Kastaqnanın ölümü ilə nəticələndi.[8]

2012-ci ilin yayında "Koroška 8000" Sloveniya komandasının beş üzvü (Qreqor Laçen başçılıq edirdi) əlavə oksigen və bələdçi olmadan dağı fəth etdi. Onlar 4 nömrəli düşərgədən zirvəyə gedən qarlı yolu izlədilər və zirvəni digər ekspedisiyalardan daha yeddi alpinistə açdılar. Onların hamısı 31 iyul 2012-ci ildə zirvə fəth etdilər.[9]

5 Mart 2013-cü ildə Makey Berbeka, Adam Bieleski, Tomasz Kovalski və Artur Malek ilk qış yüksəlişini etdi. Broud-Pik qışda fəth edilmiş on ikinci və polşalı alpinistlər tərəfindən qışda ilk dəfə fəth edilmiş on səkkizinci səkkizminlik idi.[10] Eniş zamanı Makiey Berbeka və Tomasz Kovalski Düşərgə 4-ə çatmadı (7400 m məsafədə) və itkin düşmüş elan edildi. Martın 7-də ekspedisiyanın rəhbəri Krzisztof Vayliski, 58 yaşlı Makiey Berbeka və 27 yaşlı Tomasz Kovalskinin diri-diri tapılması üçün heç bir şansın olmadığını söylədi.[11] Martın 8-də hər iki alpinist öldü və ekspedisiya başa çatdı.[12]

2013-cü ilin iyul ayında beş iranlı alpinistdən ibarət qrup cənub-qərb tərəfdən yeni bir marşrutla dağa qalxmağa cəhd etdi. Onlardan üçü - Aidin Bozorgi, Pouya Keivan və Moytaba Garahi müvəffəqiyyətlə qalxdılar, lakin enmə zamanı üçü də itkin düşərək öldü.[13][14]

23 iyul 2016-cı ildə fransız Antoine Girardın Broud-Pikdən paraşütlü uçuşu ilə ilk dəfə bir paraşütçü 8000 metrlik zirvədən uçdu.[15][16][17]

14 iyul 2019-cu ildə Pakistandan 17 yaşlı Şehroze Kaşif, iki HAP-ı Əkbər Hüseyni Sadpara və Abbasla birlikdə bu zirvəni fəth edən ən gənc şəxs oldu.[18]

  1. "Broad Peak: 12th Highest Mountain in the World". About.com. 2016-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-28.
  2. "Broad Peak". Peakbagger.com. İstifadə tarixi: 2013-07-24.
  3. "Broad Peak". Peakware World Mountain Encyclopedia. 2013-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-26.
  4. 1 2 "Broad Peak: Some background and History". Everest News. İstifadə tarixi: 2014-01-26.
  5. Richard Sale and John Cleare, Climbing the World's 14 Highest Mountains: The History of the 8, 000-Meter Peaks, The Mountaineers, 2000
  6. „Broad Peak 2007“ Arxivləşdirilib 2017-09-22 at the Wayback Machine Expedition in memoriam Markus Kronthaler, June to August 2007 (German)
  7. "Highest-Altitude Body Recovery in History". Alpinist. 25 iyul 2007. 2016-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-26.
  8. "Broad Peak update: Cristina Castagna lost on descent from C4 - no summits confirmed yet". Explorer's Web. 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-26.
  9. "Koroska 8000 - Broad Peak". Climbing in Slovenia (ingilis). 2016-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-14.
  10. "Polish mountaineers make first winter ascent of Broad Peak". thenews.pl. 5 mart 2013. 2013-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-26.
  11. "Head of expedition says no chance of finding alive 2 Polish climbers missing in Himalayas". Associated Press. 7 mart 2013. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-08.
  12. "Broad Peak: all hope lost for Maciej Berbeka and Tomasz Kowalski". Planetmountain. 8 mart 2013. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-09.
  13. "Iranian Broad Peak New Route: Complications on Descent". Explorer's Web. 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-26.
  14. Rescue attempts for Iranian climbers http://altitudepakistan.blogspot.com/2013/07/broad-peak-new-route-iranian-climbers.html#u3 Arxivləşdirilib 2021-10-25 at the Wayback Machine
  15. "Antoine Girard breaks 8,100m in Karakoram - Cross Country Magazine – In the Core since 1988". xcmag.com. 26 July 2016. 5 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
  16. Antoine Girard. "Broad Peak". 1 August 2016. 30 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018 – YouTube vasitəsilə.
  17. "Antoine Girard - Objectif X-Alps 2017". www.antoinegirard.fr. 28 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
  18. Rizvi, Raza. "17-Year-Old Becomes the Youngest Pakistani to Summit 8000m Mountain" (ingilis). 2019-07-20. 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-23.