Brendan Freyzer

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Brendan Freyzer
Brendan Fraser
Doğum adı Brendan James Frasier
Doğum tarixi (55 yaş)
Doğum yeri İndianapolis, İndiana
ABŞ ABŞ
Vətəndaşlığı ABŞ ABŞ
Kanada Kanada
Uşaqları 3
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1988-ci ildən
Mükafatları Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı
IMDb ID0000409
brendanfraser.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Brendan Freyzer (ing. Brendan Fraser; 3 dekabr 1968, İndianapolis, İndiana) — Kanada əsilli ABŞ aktyoru, "Oskar" mükafatı laureatı (2023).

Brendan Freyzer 1963-cü ildə ABŞ-nin İndiana ştatında Kanada əsilli ailədə dünyaya gəlmişdir. Brendan ailədə 4 qardaşdan ən kiçiyidir. Ailəsi ilə birlikdə Niderlandda, İsveçrədə, eləcə də Romada, LondondaABŞ-nin başqa şəhərlərində yaşamışdır. Atası daha çox Kanadada işləmişdir. Brendan 12 yaşından London teatrlarında kiçik səhnələrdə çıxış edir. Brendan Freyzer peşəkar film karyerasına 1991-ci ildən başlayır. 2001-ci ildə London teatrı səhnəsində yenidən iştirak edir.

1998-ci ildə Freyzer Afton Smit adlı qızla evlənir. Qız ondan yaşca 1 il böyük olur. Onların üç uşaqları var: Qriffin Artur (2002), Holden Fletçer (2004) və Leland (2006). Brendan və Afton rəsmi olaraq 2007-ci ildə ayrılırlar.

Freyzer fotoqrafçılıqla maraqlanır. Həmçinin, Freyzer ailəsi Kanada əsilli olduğu üçün fransız dilində sərbəst danışa bilir.[1] Brendan Freyzerin boyu 1.91 m-dir.

Seçilmiş filmoqrafiya

[redaktə | mənbəni redaktə et]
İl Film
1991 İt mümarizəsi
1992 Ensinolu adam
1994 Boş başlılar
1997 Cunqliyalı Corc
1999 Mumiya
2001 Mumiya qayıdır
2008 Mumiya: Əjdaha İmperatorunun Qəbri
2008 Yerin mərkəzinə səyahət
2022 Balina
  1. "BBC – Films – Brendan Fraser". BBC. 2008-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-02-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]