Brassinosteroidlər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İlk izolyasiya edilmiş Brassinosteroidlərdən biri

Brassinosteroidlər — (lat. Brassica napus) bitkilərin böyümə və inkişafını tənzimləyən steroid hormonlardır. Onlar güclü artım stimullaşdırıcı fəaliyyətə malik olan stress adaptogenləridir. Brassinosteroidlər

hər bir bitki toxumasında çox az miqdarda mövcutdur. Brassinosteroidlər əsasən əlverişsiz şəraitdə bitkilərin immun sisteminin normal fəaliyyət göstərməsini dəstəkliyir.[1]

İlk dəfə şalğam-turp (Brassica napus) tozcuqlarının yağda həllolan fraksiyasından ayrılmış və onun latın adından "Brassinosteroid" termini yaranmışdır.

Digər növləri

[redaktə | mənbəni redaktə et]

60-dan çox Brassenosteroidlər, o cümlədən epibrassinolid, kastasteron ( şabalıddan), tifasterol ( suqamışından), teasteron ( çaydan), kastasteron ( katarantusdan) məlumdur.

Bitkilərin inkişafında rolu

[redaktə | mənbəni redaktə et]

Bitki toxumalarında onların miqdarı aşağıdır; məs., 10 kq raps tozcuğundan 4 mq brassinosteroid alınır. Brassinosteroidlərin suda həllolan nəqli formaları brassinosteroid asiltörəməlri, brassinosteroid sulfatları və qlikozidlər aşkarlanmışdır. Brassinosteroid auksinlərinin və hibberellinlərin iştirakı ilə hüceyrələrin uzanmasını gücləndirir, yarpağın mezofillinin diferensiasiyasının və tozcuq borusunun böyüməsində, xlorofil sintezinin tənzimlənməsində və bitkinin işığa reaksiyalarında iştirak edir. Ehtimal ki, uzanma effekti hüceyrə divarı hemisellülozunu yumşaldan fermentlərin (ksiloqlükan-endotransqlikozilaz) biosintezi haqqında məlumat daşıyan genlərin  fəallaşması  ilə şərtlənir. Bitkidə brassinosteroidlərin kifayət qədər əmələ gəlməməsi cırtdanboyluluğa, erkək orqanların sterilliyinə, ksilema və mezofill qatlarının diferensiasiyasının pozulmasına, ləpə paycıqlarının vaxtından əvvəl açılmasına gətirib çıxarır. Böyük dozalarda brassinosteroidlər bitkinin böyüməsini dayandırır və əlverişsiz xarici mühit amillərinə (çox qızmaya, şaxtaya, quraqlığa, infeksiyaya) davamlılığı artırır. Tərkibində epibrassinolid brassinosteroidləri olan “epin” preparatı daha möhkəm və sağlam bitki yetişdirməyə kömək edir. [1]

  1. 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 504. ISBN 978-9952-441-03-1.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]