Biznes prosesi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Biznes prosesi daxili və xarici müştərilər üçün xüsusi məhsul yaratmaq məqsədi güdən əlaqəli işlər və ya tapşırıqlar qrupudur. İşlərin qrafiki təsviri üçün biznes proseslərin blok-sxemləri istifadə olunur.

Biznes proseslərinin üç tipi var (Avqust-Uilhel Şeer və Mark von Rosinqə istinadən)[1]

  • İdarəetmə prosesləri: sistemin fəaliyyətini idarə edən proseslər. Səciyyəvi idarəetmə proseslərinə "korporativ idarəetmə" və "strateji idarəetmə" aiddir.
  • Əməliyyat prosesləri: biznesin özəyini təşkil edən və əsas dəyər axınını yaradan proseslər. Məsələn, müştəridən sifarişlər almaq və bank filialında hesab açmaq.
  • Dəstəkləyən prosesləri: əsas prosesləri dəstəkləyir. Misal olaraq Sağlamlıq və Təhlükəsizlik, maliyyə, komplektləşdirmə, çağrı mərkəzi, texniki dəstəyi göstərmək olar.

Biznes prosesi misiya məqsədilə başlayır və biznes məqsədinin əldə olunması ilə başa çatır. Proses yönümlü təşkilatlar struktur bölmələri arasında baryerləri aradan qaldırır və funksional siloslardan yayınmağa çalışırlar.

Kompleks biznes prosesi bir neçə alt proseslərə ayrıla bilər.[2] Bu alt proseslərin özlərinin atributları var, həmçinin super proses məqsədini əldə etməyə səbəb yaradırlar. Biznes proseslərinin təhlili adətən proseslərin və alt proseslərin fəaliyyət/tapşırıq səviyyəsinə qədər aşağı düşməsini ehtiva edir.[3]

Əlaqəli konsepsiyalar

[redaktə | mənbəni redaktə et]

Biznes prosesinin yenidən layihələndirilməsi

[redaktə | mənbəni redaktə et]

Biznes prosesinin yenidən mühəndisliyi ilk olaraq Hammer və Davenport tərəfindən konsepsiyalaşdırılıb. 1990-cı illərin əvvəlində ilk dəfə ABŞ-də meydana çıxmış bu istiqamətin məqsədi təşkilati effektivliyi və məhsuldarlığı artırmaqdır.[4]

  1. The Complete Business Process Handbook Volume 1: Body of Knowledge from Process Modeling to BPM. Prof. Avqust Uilhel Şeer, Henrik von Şeel, Prof. Mark von Rosinq və başqaları. (Morqan Kaufman, ISBN 0128028602)[1] Arxivləşdirilib 2016-09-11 at the Wayback Machine
  2. İnformasiya Resurslarının İdarəedilməsi Assossiasiyası ABŞ, İnformasiya Sistemləri Müəssisəsi: Konseptlər, Metodologiyalar, Alətlər və Tətbiqetmələr, p. 1065.
  3. Jörg Desel; Barbara Pernici; Mathias Weske. Business Process Management: Second International Conference, BPM 2004, Potsdam, Germany, June 17-18, 2004, Proceedings. Springer Science & Business Media. 14 June 2004. 202–. ISBN 978-3-540-22235-4. 24 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2017.
  4. "Biznes proseslərin yenidən layihələndirilməsi" (az.). aqa.az. 2017-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-27.