Bernat Desklot
Bernat Desklot | |
---|---|
kat. Bernat Desclot | |
| |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | 1280[1] |
Milliyyəti | katalan |
Fəaliyyəti | xronikaçı |
İstiqamət | tarix |
Vikianbarda əlaqəli mediafayllar |
Bernat Desklot (kat. Bernat Desclot; 1240[1][2], güm. Kastelnu[d][2] – 1280[1]) — katalan tarixçi, xronikaçı. Onun Araqonlu III Pedronun hakimiyyəti (1276–1285) haqqında yazdığı əsər 4 "Möhtəşəm katalan xronikası"ndan biridir. Bu xronikalarla XIII-XIV əsrdə Araqon koronasındakı və Kataloniyadakı hərbi və siyasi vəziyyəti öyrənmək mümkündür.[3] Əsər həmçinin Araqon səlib yürüşü haqqında da məlumat verir. Desklotun "Xronikalar"ında hadisələr XI əsrdə başlayır, amma ən maraqlı hissəsi onun yaşadığı dövrü təsvir etdiyi hissədir. Onun ədəbi modeli romans idi. Əsərində mərkəzi personajların drammatik monoloqlarına və təsirli epizodlara yer vermişdi. Məsələn, Pedronun qardaşı Malyorkalı II Xamesin kanalizasiya borusu vasitəsilə Perpinyan şəhərindəki qaladan qaçması kimi.
Əsərini F.L.Kritçlov ingilis dilinə tərcümə etmişdir.
Əsərindən səhifələr
[redaktə | mənbəni redaktə et]Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- ↑ Digər üç əsər Araqonlu I Xaymenin avtobioqrafiyası, Ramon Muntanerin xronikaları və Araqonlu IV Pedronun kral xronikalarıdır.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Bernat Desklot AELC-də (Associació d'Escriptors en Llengua Catalana), ingilis, katalan və ispan dillərində.