Beyin qurdu
Beyin qurdu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: taksonomik şablon yoxdur{{Plathelminthes}}, taksonun sistematikasını təsvir etməlidir Plathelminthes. ???: Beyin qurdu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Beyin qurdu (lat. Multiceps multiceps) Lentşəkilli qurdlar (lat. Cestoidea) sinfinin əsas nümayəndələrindən biridir.
Quruluşu
[redaktə | mənbəni redaktə et]Ev heyvanlarının parazitlərindən söhbət açdıqda ilk növbədə qoyunlara “firlanma” və ya 2 dəlicə” xəstəliyi törədən beyin qurdu (Multiceps multiceps) parazitini yada salmaq lazımdır. Yetkin lentvari mərhələdə beyin qurdu çoban itlərinin bağırsağında rast gəlinir. Bu qurdun senur adlanana finna mərhələsi qoyun və keçilərin, nadir hallarda insanın beynində, yetkin mərhələdə isə it, canavar, tülkü və digər yırtıcı heyvanların bağırsağında parazitlik edir. Lent halı 40-100 sm uzunluğunda olub, 200-250 buğumu vardır. Başcıq hissə xortumla və 22-23 ədəd qarmaqla təchiz olunmuşdur. Balalığında şaxələrin sayı 9-26 ədədə çatır. İt və digər yırtıcı heyvanlar bu parazitə senurlu qoyun və keçi beynini yeməklə keçirlər. Yoluxmuş yırtıcıların bağırsağında cinsi yetişkənliyə çatmış qurd yumurtalarını qoyur. Udulmuş yumurtalardan çıxan sürfələr qan və limfa vasitəsilə heyvanın beyninə gəlir və orada senur adlanan iri qovuğa çevrilir. Qovuğun divarı nazik olub, içərisi maye ilə dolu olur. Qovuğun içərisində çoxlu miqdarda başçıqlar olur. Qoyun beyin qurdu yetkin halda zərər vermir, lakin sürfə halı kənd təsərrüfat heyvanlarına böyük ziyan vurur. Sürfə mərhələsinin törətdiyi xəstəlik senuroz adlanır. Bu xəstəliyə əsasən quzular yoluxur. Yoluxmuş heyvan sürfənin hərəkəti zamanı çox narahat olur, başını yana əyərək çox qorxaq olu, çox vaxt isə bir dairə üzərində fırlanır.[1] Ona görə də bu xəstəliyə “ gicəllənc” xəstəliyi deyilir. Xəstəliyin əlamətləriini hiss etdikdən 4-6 həftə sonra ölüm baş verir. Bu məqsədlə sahibsiz itlər və digər yırtıcı heyvanlar tələf edilməli, saxlanılan itlər müalicə olunmalı, xəstəliyə yoluxmuş heyvanın başı yandırılmalı, itlərə verilməməlidir.
Yayılması
[redaktə | mənbəni redaktə et]Fransada və dağlıq ərazilərdə təsərrüfat sahələrində daha çox yayılmışdır.
Həyat tərzi
[redaktə | mənbəni redaktə et]Parazit həyat tərzi keçirirlər.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- B.İ.Ağayev, Z.A.Zeynalova “Onurğasızlar Zoologiyası”. Bakı, “Təhsil”, 2008, 568səh;
- V.A.Dogel “Onurğasızlar zoologiyası”. Bakı, “Maarif”, 1988, 288 səh.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ V.A.Dogel “Onurğasızlar zoologiyası”. Bakı, “Maarif”, 1988, 288 səh.