55°40′32″ şm. e. 12°35′02″ ş. u.HGYO

Börsen

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Börsen
Xəritə
Ümumi məlumatlar
Ölkə
Koordinatlar 55°40′32″ şm. e. 12°35′02″ ş. u.HGYO
Texniki detallar
Mərtəbə sayı 2[1]
Veb-sayt
danskerhverv.dk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Börsen (dan. Børsen) — Kopenhagenin mərkəzində, Slotsholmen adasında, kral IV Xristianın əmri ilə 1619–1640-cı illərdə tikilmiş Kopenhagen birjasının binasıdır. Memarlar – Stenvinkel qardaşları binanı flamand intibahı üslubunda, dörd əjdahanın bükülmüş quyruqları şəklindəki 56 metrlik şpillə tamamladılar.

Binanın birinci mərtəbəsi malların saxlanması üçün qırx kiçik bölməyə ayrılır, ikinci mərtəbəsində isə ticarət əməliyyatlarının aparılması üçün geniş zal yerləşir. 1745-ci ildə bina Nikolay Eytved tərəfindən təmir edildi, birjanın qədim interyerləri isə 1855-ci ildə dəyişdirildi.

Kopenhagen birjası 1625-ci ildən 1974-cü ilə qədər Börsen binasında yerləşirdi. 1918-ci ildə bina anarxist işsizlərin hücumuna məruz qaldı.

16 aprel 2024-cü ildə yenidənqurma işləri zamanı bina yanğın nəticəsində dağılmış, 56 metrlik şpil çökmüşdür[2][3].

  1. (unspecified title).
  2. "В Копенгагене пылает историческое здание биржи, которому 400 лет". Европейская правда (rus). 2024-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  3. "В Копенгагене горит здание старейшей в мире биржи". Deutsche Welle. 2024-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]