Əsr namazı
Əsr və ya ikindi namazı – İslam dininin gündəlik rituallarından biri. Təqribən günün ikinci yarısında, yəni, Zöhr namazından sonra, Şam namazı azanına qədər olan zaman kəsiyində 4 rükət olaraq qılınır.
Qılınma qaydası
[redaktə | mənbəni redaktə et]- 1-ci rükət:
- 2-ci rükət:
- 3-cü rükət:
- 4-cü rükət:
Niyyət:
[redaktə | mənbəni redaktə et]Niyyət bu şəkildə edilir: "Əsr namazı qılıram qürbətən illallah".
Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir.
Həmd-surə:
[redaktə | mənbəni redaktə et]Fatihə surəsi ilə İxlas surəsi oxumaq.
Əllərin üz bərabəri tutulduğu vəziyyətdir. Qunut zamanı "Allahummə salli ələ Muhammədin və ələ əli Muhamməd" deyilir.
Rukuda, yəni əllər dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.
2 səcdə:
[redaktə | mənbəni redaktə et]Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Hər səcdədə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.
Təşəhhüd deyən zaman oturaq vəziyyəti alırsan. Təşəhhüdün vacibi miqdarı: "Əşhədu ən la ilahə illəlah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rasuluh. Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd".
Müstəhəbdir ki, təşəhhüddən əvvəl "Əlhəmdulillah", yaxud "Bismillahi və billah. Və xayrul əsmayu lillah" deyəsən.
Təsbihat:
[redaktə | mənbəni redaktə et]Namazın 3-cü və 4-cü rükətində Həmd-surə əvəzinə oxunur. Təsbihat zamanı 3 dəfə "Subhənallahi vəlhəmdu lilləhi və lə iləhə illəllahu vəllahu əkbər" deyilir.
Salam:
[redaktə | mənbəni redaktə et]Vacibi miqdarı — "Əssəlamu əleykum və rahmətullahi və bərakətuh".
Müstəhəbdir ki, bundan əvvəl "Əssəlamu əleykə eyyuhən-nəbiyyu və rahmətullahi və bərakətuh. Əssəlamu əleyna və əla ibadillahis-salihin" deyəsən..
Qeyd: Müsafir olanlar zöhr namazını 2 rəkət qılırlar.