Əlcək

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Əlcək — əllər üçün nəzərdə tutulan geyim növü.[1]

İlk əlcəklər Misir piramidaları dövrünə aid edilir. İlk əvvəllər əlcəkləri torba halında hazırlayırdılar, buna görə də onların barmaq üçün nəzərdə tutulmuş hissələri yox idi. Amma sonradan bir barmaq üçün yer tikildi.

Misir xanımları bu üsulla öz əllərini işdən və yeməkdən qoruya bilirdilər. Bu əlcəklər oddan və əllərin bulaşmasından uzaqlaşmaq üçün istifadə edilirdi. Orta əsr dövrünə qədər bu proses davam etdi, lakin sonradan dəriyə bənzər çox nazik quruluşa malik olan və barmaqlara sıxlaşmış əlcəklər tikdilər.

Keçən əsrin kişiləri əllərində əlcəklər daşıyırdılar, onlar bunu çox vaxt ətrafdakıları cəlb etmək üçün istifadə edirdilər. İspanların kübar təbəqəyə aid olan nümayəndələri papa və kralların yanında olarkən əlcək taxmırlar, həmçinin kilsə, dəfn mərasimində, faciəvi hadisələrdə və bayramlarda da əlcəyin taxılması xoş hal deyil.

Əlcəklərin tikişinə xüsusi diqqət yetirilirdi, çünki onları sürətli taxmaq üçün bu mühüm əhəmiyyət kəsb edir. Dişi ilə əlcəyini çıxardan adamlar təqsirkar sayılır, həmçinin salamlaşarkən yaxud əlində əlcək daşıyaraq müəyyən bir şeyi götürən insanlar mədəniyyətdən kasad hesab olunurdu. Bütün bu qadağalar kişiləri sonunda bezdirdi və onlar əlcəyi taxmaq əvəzinə kəmərlərində daşımağa başladılar.

Əlcəyin simvolik mənası var idi. Xüsusən ilk yaranan əlcəklər. İlk olaraq insanlarla üz – üzə gələrkən əlcəyi çıxartmaq lazımdır, həmçinin səndən yüksək səviyyəli şəxs yaxınlaşarkən, yaxud səcdəgaha doğru irəliləyərkən əlcəyi çıxartmaq lazımdır. Müasir dövrümüzdə də xanımlar kişilərlə salamlaşarkən əlcəyini çıxartmalıdır, çünki bu mədəniyyət nümunəsidir.

Orta əsrlər tarixində və Renessans dövründə əlcək mədəniyyəti deylən məna var idi. Əlcəklə insanlar öz vəzifələrindən xəbər verirdilər. Döyüşçülər, din xadimləri, hətta dövlət qulluğunda olan şəxsləri belə asanlıqla ayırd etmək mümkün idi. Kralın adına hazırlanan əlcəkləri satmağa, qəpiklərin üzərində göstərməyə və vergi kimi almağa icazə verilirdi. Peçatla əldə edilən bu əlcəklər mülk mənasını ifadə edirdi.

Həmçinin həmin dövrün məhkəmə orqanları da əllərində əlcək olmadan höküm verə bilməzdilər. Çox gözəl qaydada bəzədilmiş əlcəklər Müqəddəs Roma imperiyasının simvolu idi. Döyüşçülər isə öz əlcəklərini ayaqlar altına ataraq, xüsusi məna ifadə edən hərəkət kimi davranırdılar. Bunun isə nəticəsi yalnız qanla təmizlənə bilinərdi.

Əllər nə qədər uzansa da onlara uyğun üsulda əlcəklər daima olaraq hazırlanırdı. Əlcəklərin xarici görkəmi hansı növdə olanların dəbdə olmasından asılı olaraq dəyişirdi. XVI əsrdən etibarən artıq əlcəklər də dəbdə mühüm rol oynamağa başladılar. Lakin indiki dövrə kimi də dəridən olan əlcəklər daima kübar görünür. XVII – XVIII əsrdə qadınlar və kişilər naxışlı əlcəklərdən istifadə edirdilər.

Əlcəklər gün keçdikdə pambıqdan hazırlanırdı, Böyük Fransa intibahı zamanında əlcəklərdə barmaq ləğv edilməyə başlanıldı. Deməli bu üsulda hazırlanan əlcəklərin barmaq qatlanan hissəyə qədəri olurdu, lakin barmaqlar çöldə qalırdı.

1807-ci ildə ingilis Ceyms Vinter dəri əlcəklərin hazırlanması üçün yeni maşın kəşf edir. Beləcə rezin əlcəklərin patentini əldə edir.

XIX əsrin əvvəllərində əlcəklər kişilərin həyatında yenidən dəbə qayıdır. Kostyumlar ikinci planda olurdu və onların əlləri xüsusi əhəmiyyət daşıyırdı. Lakin kişilər üçün nəzərdə tutulmuş əlcəklərdə naxışlar daha istifadə edilmirdi. Həmin dövrdə artıq əlcəklərin forması, onun materialı və keyfiyyəti vacib rol oynayırdı. Əlcəkləri insanlar qoruyaraq öz kəmərlərində də daşıyırdılar.

XIX – XX əsrin əvvəllərində qadınlar üçün nəzərdə tutulmuş sapdan toxunulan əlcəklər meydana gəldi. Xüsusi gecə mərasimlərinə görə hazırlanan əlcəklərin barmaqları olmurdu. XX əsrdə dəri və naxışlı əlcəklərin yanına trikotaj əlcəkləri də əlavə edildi. Nəticədə üzük və müxtəlif bəzək əşyaları daşıyan xanımlar öz əlcəklərini çıxartmağa başladılar. Nəticədə yaxşı məna ilə ifadə etsək XIX əsrin sonlarında gənclər üçün məsləhət verirdilər ki, bal zamanı əlcəklərinizi çıxartmayın, hətta onları cırılsa belə çıxartmaq olmaz. Bununla əlaqədar çox vaxt mərasimlərə gedənlər öz sumkalarında əlavə əlcəklər də aparırdılar. Lakin nahar vaxtı və kart arxasında oturarkən əlcəklər soyunulmalı idi. Həmin müddət ərzində kişilər üçün layka, zamşa (yumşaq maral dərisi), isveç dərisi, daha sonrakı dövrlərdə fildekos (ipəyəoxşar pambıq parça) və fildepers məsləhət görülürdü, qadınlarda isə adını qeyd etdiyimiz əlcəklərlər yanaşı kurjuvalar da var idi.

Varlı şəxslərin arasında və yüksək səviyyəli qrupların ətrafında əlcəksiz vəziyyətdə olmaq çox da yaxşı hal sayılmırdı. Xüsusən ingilis əlcək firması olan Derbi çox yaxşı dəridən hazırlanmışdı, onun bağlanması üçün böyük düyməsi də var idi.Qadınlar bal zamanı ipəkdən yaxud dəridən hazırlanmış uzun əlcəklər taxırdılar. Kişilər formada olarkən zamşa, ştat qaydalarına görə isə laykadan itifadə edirdilər. "İsveç əlcəkləri" xüsusi qayda ilə hazırlanırdı. Bu əlcəklərin üz hissəsi hazırlanmış heyvanın quyruğundan ibarət olurdu və onlar da zamşaya birləşdirilirdi.

Qara əlcəkləri daha çox bədbəxt hadisələr zamanı kostyumla taxırdılar. Sarı rəngdə olanlar ovçuluqla məşğul olduqda taxmaq məsləhət bilinirdi, amma ağ rəngdə olanlar balı üçün istifadə olunurdu. Hətta belə əlcəkləri ofisantlar (süfrəkeş) da taxırdı. Evlərdə də əlcək və şlyapa ilə gəzirdilər, başqa formada olmaq cəmiyyət tərəfindən mədəniyyətsizlik kimi dəyərləndirilirdi. XX əsrin başlanğıcında qadınlar üçün hazırlanan ən bahaləı əlcəklər keçi dərisindən olanlardı. Lakin idman üçün istifadəe dilən ən yaxşı əlcəklər isə it dərisindən hazırlanırdı. Hətta dəbə avtomobillər üçün nəzərdə tutulmuş əlcəklər də əlavə edildi. Beləliklə idmanda istifadə edilən əlcəklərin də getdikcə qiyməti qalxmağa başladı. Evlərdə də isti işlər görərkən qoruyucu əlcəklərdən yayrarlanırdılar. Belə əlcəklər təxminən XX əsrdə yarandı. Beləliklə əlcəklər demək olar ki, bütün dünyaya yayıldı və xüsusi geyim atributuna çevrildi.