Əkin qazı
Naviqasiyaya keç
Axtarışa keç
Əkin qazı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Dəstəüstü: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Əkin qazı |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Əkin qazı (lat. Anser fabalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü.
Əkin qazı boz çalarlı olub boz qaza bənzəyir. Dimdiyi qara rəngdə olub ortasında narıncı zolağı var. Erkək və dişi fərdlər rənglərinə görə fərqlənmirlər, lakin dişilər bir qədər kiçik olur. Kütləsi adətən 2,5-4,5 kq, bəzən isə bir qədər də yuxarı olur.
Əkin qazı Avrasiyanın Qrenlandiyadan Uzaq Şərqə qədər olan tundrada və tayqa hissəsində yaşayır. Orta Avropa və Asiyanın Qara dəniz və Aralıq dənizi sahillərində, bir hissəsi də Orta Asiya, Yaponiya və Cənub-Şərqi Çində qışlayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3