[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/Məzmuna keç

inkişaf

Wiktionary saytından

azərbaycanca: inkişaf

Mənalar :

  1. İrəliyə doğru tərəqqi etmə, artma, yüksəlmə; tərəqqi, yüksəliş. Ölkənin inkişafı. Sənayenin inkişafı. Kənd təsərrüfatının inkişafı. – Həsən bəy Zərdabi Azərbaycanı feodal geriliyindən qurtarıb yeni yola, Avropa inkişafı yoluna çıxarmaq istəyirdi. M.İbrahimov. _ İnkişaf etdirmək – irəlilətmək, tərəqqi etdirmək, yüksəltmək. Kütlələrin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək. Respublikada üzümçülüyü inkişaf etdirmək; kamilləşdirmək, təkmilləşdirmək, daha da artırmaq, daha da yaxşılaşdırmaq, möhkəmləndirmək, qüvvətləndirmək. Səsini inkişaf etdirmək. Əzələləri inkişaf etdirmək. Hafizəni inkişaf etdirmək. İnkişaf etmək – tərəqqi etmək, irəliləmək, artmaq, yüksəlmək, genişlənmək. İncəsənətimiz olduqca inkişaf etmişdir; kamilləşmək, yetkinləşmək, artmaq. Axır zamanlar o, xeyli inkişaf etmişdir; böyümək, yetişmək, möhkəmlənmək, qüvvətlənmək. İdman nəticəsində əzələləri olduqca inkişaf etmişdir. İnkişaf etmiş – yüksək səviyyəyə çatmış, sənaye, mədəniyyət və s. cəhətdən çox irəli getmiş, tərəqqi etmiş. İnkişaf etmiş ölkələr; yetkinləşmiş, yetişmiş, kamilləşmiş, görüş dairəsi geniş, geniş məlumatlı; mədəni, hər cəhətdən yetkin. İnkişaf etmiş adam.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]