[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/Məzmuna keç

guşə

Wiktionary saytından

azərbaycanca: guşə

Mənalar :

  1. Künc, bucaq. Otağın guşəsi. – Onlar uçuq toyuq hinini palçıqlayır və həyətin bir guşəsinə yapılmış təzəkləri qalağa yığırdılar. M.İbrahimov. [Səlim] başqa bir guşəyə yeridi. B.Bayramov. // Tin, künc. Binanın guşəsi. _ Guşə bağlamaq – iki divarın kəsişdiyi yeri hörmək, tini tikmək. Baş tərəfdəki guşə bağlayan ustanın oxumağı ayrı bir zövq verirdi. S.Rəhimov.
  2. Hissə, tərəf, cəhət. Axşam vaxtları Xansaraq şəhərinin məğrib tərəfi behiştin bir guşəsini yada salır. C.Məmmədquluzadə.
  3. Qələbəlik, izdihamlı yerdən uzaq olan sakit yer. [Molla İbrahimxəlil:] Məgər mən öz ixtiyarımla belə abadanlıqdan xaric, xəlvət guşəyə özümü çəkmişəm?. M.F.Axundzadə. [Rza:] Mən yavaşca evdən çıxıb Ulduzla həyətin xəlvət bir guşəsinə çəkilmişdim. M.İbrahimov.
  4. Böyük bir şeyin içində müəyyən məqsəd üçün ayrılmış xüsusi yer, hissə. Qəzetin tənqid guşəsi. – Bax, bu ikinci otaqdakı pərdəli guşələri görürsünüz, burada səs verəcəksiniz. Mir Cəlal.
  5. mus. Melodiyanın, nəğmənin ən təsirli hissəsi, dəsgahlarda bitkin və aydın melodik quruluşa malik vokal-instrumental epizod. Xanəndələr onun guşələrini əzbər edib məclislərdə oxuyurdular. Ə.Haqverdiyev. Muğam – hər guşəsi sirli, soraqlı; Yola bənzəyir. B.Vahabzadə. ◊ Qırmızı guşə – siyasi və mədəni maarif işləri üçün ayrılmış, kitab, plakat və s. ilə təchiz olunmuş otaq, yer. Zavodun qırmızı guşəsi.

Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]