[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/Məzmuna keç

gün

Wiktionary saytından

Azərbaycanca

[redaktə]
Ayrı abecelərdə
Latın əlifbası Kiril əlifbası Ərəb əlifbası
gün ҝүн گۆن

Lua xətası modul package.lua, sətir 80: module 'Modul:Çeviri yazı' not found.

  1. baxın: günəş (1 və 2-ci mənalarda). Gün işığı.
    Gün çıxar, aləm görər. Atalar sözü.
    Gəldi günortaçağı, gün qızarıb yanırdı. S.Vurğun.
    Gün iki cida boyu qalxmışdı. Mir Cəlal.
  2. Gecə-gündüzün səhərdən axşama qədərki işıqlı müddəti, günçıxandan günbatana qədərki dövr.
    Gün doğuşundan bəllidir. Atalar sözü.
    Biz baxırıq özgə millətlərə, deyirik ki, niyə onlar bazar günlərini tətil eləyirlər, niyə onlar eləsin, biz eləmiyək? C.Məmmədquluzadə.
  3. Yerin öz oxu ətrafında bir dəfə dövr etdiyi (24 saatlıq) müddət; gecə-gündüz.
    İl var bir günə dəyməz,
    Gün var min aya dəyər. Bayatı.
    Bu minval ilə üç gün keçdi. Koroğlu.
  4. Müəyyən bir ictimai hadisəni qeyd etmək üçün təqvimdə təyin edilmiş gün. Qələbə günü. Qazmaçı günü. Müəllim günü.
  5. Gündə şəklində zərf – hər gün, mütəmadiyən.
    Gündə bir kərpic düşür
    Ömrümün sarayından. Bayatı.
    [Səkinə:] Mən gündə bir uşaq doğan arvadı bir də qulluğa götürmərəm. H.Nəzərli.
    Gündə Peterburqdan Gorusa möhürlü paket gəlirdi. S.Rəhimov.
  6. Gündən-günə, günü-gündən şəklində zərf – bir gündə deyil, günlər keçdikcə, tədricən.
    Ah, mən gündən-günə bu gözəlləşən,
    İşıqlı dünyadan necə əl çəkim? M.Müşfiq.
    [Yasəmən:] Gördüyüm odur ki, maşallah, günü-gündən çiçək kimi açılırsan. S.Rəhman
  7. Vaxt, vaxtilə. Bir gün bilinər.
    Gün oldu, şairlər göyə çıxdılar. Ə.Cavad.
  8. Həyat, ömür, yaşayış, dolanacaq, güzəran.
    Vətəndə günümüz məşəqqət və korluqla keçirdi. C.Məmmədquluzadə.
  9. Vəziyyət, hal mənasında.
    Yaxşı günün yoldaşı, yaman günüm düşdü, gəl! Atalar sözü.
    [Əziz:] A balam Qaraş, sən bilirsənmi Həsən əmi özü nə gündə idi? C.Məmmədquluzadə.
  10. Əməkgün.
    Hər yoldaş işləyib gün alan zaman
    Sən durub boynunu burma, a tənbəl! Aşıq Əli.
  11. Günüm şəklində – nəvaziş, mehribanlıq bildirmək üçün müraciət zamanı işlədilir; əzizim.
    — Ay nənə, bir nağıl de!
    — Ömrüm, günüm, yat daha. Ə.Cəmil.
gün sözünün hallanması
hal tək cəm
Adlıq hal gün günlər
Yiyəlik hal günün günlərin
Yönlük hal günə günlərə
Təsirlik hal günü günləri
Yerlik hal gündə günlərdə
Çıxışlıq hal gündən günlərdən